Gips əsaslı, məhsulun istifadə imkanlarını artıran qatqılarla zəngin, yüksək keyfiyyətli, perlitli astar suvağıdır.
AZS 052 (TS 6433) standartına uyğundur.
Bu astar suvağından:
- binaların daxilində beton, qazbeton, mişar daşı, kərpic, briket (preslənmiş kömur, torf və s.) və digər materiallardan hörülmüş divarların sement və qum qarışığı ilə suvanmış səthlərində;
- sənaye və mülki tikililərin, mehmanxanaların, xəstəxanaların və villaların daxili divarlarında istifadə olunur.
- ekoloji baxımdan təmiz, insan orqanizminə ziyan verməyən təbii gips əsaslı məhsuldur;
- hazırlanması sadədir;
- PVA yapışqanları və digər əlavələr qatılmır;
- yüksək yapışma xüsusiyyətinə malikdir;
- istifadə zamanı yerə tökülmür;
- rahat işlənir və ustaya zövq verir;
- çatlamır, möhkəm və elastikdir;
- istilik və səs izolyasiya xüsusiyyətinə malikdir;
- divarlar nəfəs alır.